Fransada içərisində 3,4 milyon avro olan inkassator furqonu yoxa çıxıb.
BFMTV telekanalının məlumatına görə, hadisə Parisin yaxınlığında baş verib. Bildirilir ki, inkassasiya xidmətinin iki əməkdaşı maşından çıxaraq pulun bir hissəsini “Western Union”un Obervilye bölməsinə aparıb. Geri qayıdanda, artıq maşın yox idi.
Bir müddət sonra avtomobil bir neçə kvartal aralıda aşkarlanıb. Lakin maşında nə sürücü, nə də yerdə qalan məbləğ (3,4 milyon avro) var idi.
Faktla bağlı araşdırma aparılır.oxu.az