Rusiyada mikroavtobus elektrik dirəyinə çırpılıb- yaralılar var - Foto

21:26 - 8 Fevral 2019 - Xəbər

Rusiyada ağır yol qəzası baş verib.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza Başqırdıstanın Sterlitamak şəhərində baş verib. Sərnişin mikroavtobusunun elektrik dirəyinə çırpılması nəticəsində 19 nəfər xəsarət alıb. Səhiyyə müəssisəsindən verilən məlumata görə, xəsarət alanlardan 3-ü uşaqdır.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Xəbər xətti