Rusiyada ağır yol qəzası baş verib.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza Başqırdıstanın Sterlitamak şəhərində baş verib. Sərnişin mikroavtobusunun elektrik dirəyinə çırpılması nəticəsində 19 nəfər xəsarət alıb. Səhiyyə müəssisəsindən verilən məlumata görə, xəsarət alanlardan 3-ü uşaqdır.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.