Braziliyada məşq bazasında yanğın - Gənc futbolçular öldü

16:22 - 8 Fevral 2019 - Xəbər

Braziliyanın Rio de Janeyro şəhərində “Flamenqo” futbol klubunun məşq bazasında yanğın baş verib.

Hadisə nəticəsində azı 10 gənc futbolçu həlak olub. Bundan başqa, daha 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, bazada yanğın baş verərkən 14-17 yaşlı futbolçular istirahət edirmiş.

Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.trend

Xəbər xətti