Braziliyanın Rio de Janeyro şəhərində “Flamenqo” futbol klubunun məşq bazasında yanğın baş verib.
Hadisə nəticəsində azı 10 gənc futbolçu həlak olub. Bundan başqa, daha 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, bazada yanğın baş verərkən 14-17 yaşlı futbolçular istirahət edirmiş.
Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.trend