2018-ci ilin IV rübündə Azercell-in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və Azercell “Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, Azercell rəsmi Facebook səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99% nəticə əldə edib.
Nəzərinizə çatdıraq ki, 2012-ci ildə "Facebook" səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə, Azercell ölkədə "Socially devoted" adına layiq görülmüş ilk mobil operator olub.
Hazırda Azercell abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz