Xəbər verdiyimiz kimi, Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gün baş vermiş zəlzələ ilə bağlı Unikal.org-a açıqlama verib.
O, bildirib ki, hazırda vəziyyət qorxulu deyil:
"Vəziyyət normaldır, belə bir qorxulu bir şey yoxdur, vəziyyət yaxşıdır. Hazırda aktivlik müşahidə edilmir, sakitçilikdir. Köhnə binalarda və keyfiyyətsiz tikilmiş binalarda çatlar əmələ gəlib. Bu gün saat 16:00-da Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı mətbuat konfransı keçirəcəm. Baş verən zəlzələ və bölgədəki seysmoloji aktivliklə bağlı son vəziyyət açıqlanacaq".