Bu an üçün AZSIĞORTA şirkətinə artıq 30-dan çox müraciət daxil olub.
Şirkətdən Ucnoqta.az-a verilən məlumata görə, daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurmuşdur. Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.
AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.
Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.
Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.