Hacıqabulda ov edən ərəb cərimələndi
10:25 - 5 Fevral 2019 - Xəbər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.