Həbibdən qərara etiraz - "Əbədi siyasət"

15:15 - 30 Yanvar 2019 - Xəbər

İrlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən 9 ay müddətinə yarışlardan kənarlaşdırılan Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov qərarla bağlı narazılığını bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, “Twitter” hesabında bu qərara etiraz əlaməti olaraq, “əbədi siyasət” deyə paylaşım edib.
Qeyd edək ki, Atletika Komissiyası 6 aylıq diskvalifikasiya ilə yanaşı, Həbibi həmçinin 500 min dollar cərimələyib. Tərəflər arasında görüş oktyabr ayında  baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq. Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq.

Onun rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib.

Xəbər xətti