Yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə də eynəklər paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində “Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz