Qanunu pozan gömrükçülərə qarşı sərt tədbirlər görüləcək - Səfər Mehdiyev

12:33 - 30 Yanvar 2019 - Xəbər

Bu il də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər həyata keçiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O bildirib ki, ötən il bəzi korrupsiya halları aşkarlanaraq bir neçə gömrük əməkdaşı vəzifələrindən azad edilib, barələrində cinayət işi açılıb: "Gömrükçülər daim peşələrinə sadiq qalmalı, öz fəaliyyətlərini gömrük qanunları çərçivəsində aparmalıdır. Həmçinin sahibkarlar da gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etməməlidir”. (AZƏRTAC)

Xəbər xətti