Bakı və Abşeronun bir hissəsində su olmayacaq

10:22 - 30 Yanvar 2019 - Xəbər

Paytaxtın Binəqədi qəsəbəsi, eləcə də Abşeron rayonunun Saray və  Ceyranbatan qəsəbələrində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. A.Cəbrayıllı bildirib ki, içməli suyun verilməsində yaranacaq fasilələr magistral xətlərdə aparılacaq işlərlə bağlıdır:

“Magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün ərzində Saray və  Ceyranbatan qəsəbələrinə, həmçinin, Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.

Xəbər xətti