ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib

10:19 - 30 Yanvar 2019 - Xəbər

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.report

Xəbər xətti