ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin rəhbəri Marqareta Helen Keyner siyasi məhbus Mher Yegiazaryanın Yerevan həbsxanasındakı ölümü ilə əlaqədar Ermənistan hakimiyyətinə məktub göndərib.
Bu barədə ATƏT PA-nın rəsmi “Twitter” səhifəsində yazılıb. Bildirilir ki, ATƏT PA komitəsinin rəhbəri Yegiazaryanın həbsxanada aclıq aksiyası nəticəsində ölməsi ilə əlaqədar narahatlığını ifadə edib.
M. Keyner rəsmi Yerevandan hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib.oxu.az