"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırıb

00:04 - 30 Yanvar 2019 - Xəbər

"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.

Bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.trend

Xəbər xətti