Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Mehdiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Mehdiyev azyaşlı olan bacısı qızı Nəzrin Məmmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.Mehdiyev həbs edilib.
İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.