Naqif Həmzəyev qurumun Azad Demokratlar Qrupunun xəzinədarı seçilib
Azərbaycan Milli Məclisinin daha bir deputatına Avropa Şurası Parlament Assamblıeyasında (AŞPA) vəzifə verilib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev qurumun Azad Demokratlar Qrupunun xəzinədarı seçilib.
Qeyd edək ki, buna qədər qış sessiyasında Azərbaycandan deputatlar Qənirə Paşayeva və Ülviyyə Ağayeva da yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.