Yerevanda hökumət binasının qarşısında növbəti etiraz

14:47 - 29 Yanvar 2019 - Xəbər

Ermənistanın tərəvəz istehsalçıları Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

Onlar idxalla bağlı qanunvericiliyə qarşı çıxırlar. İstehsalçıların sözlərinə görə, tərəvəz idxalına qoyulan aşağı qiymətlər nəticəsində onların məhsulları rəqabətqabiliyyətli olmur.

Nazirlər Kabinetinin nümayəndələri aksiya iştirakçılarını qəbul etməyə razı olublar. Lakin jurnalistlərin binaya girişinə icazə verilməyib. Təfərrüatlar barədə məlumat verilmir.trend

Xəbər xətti