Monitorinq insidentsiz başa çatıb

13:13 - 29 Yanvar 2019 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster keçiriblər.

Xəbər xətti