Toyvo Klaar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub. Trend bu barədə Aİ-nin mətbuat xidmətinə istinadən məlumat verir. Bu vəzifəyə təyin olunmamışdan öncə R.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.