Nazirlik: Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

13:59 - 27 Avqust 2017 - Xəbər

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub. Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür. Siyəzən Diaqnostika Mərkəzindən APA-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

Xəbər xətti