Putin Trampın “qızıl körpüsünü” yandırmağa yaxındır - KİV

08:57 - 28 May 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin Rusiya ilə ABŞ arasında münasibətlərdə prezident Donald Trampın qurduğu “qızıl körpünü” yandırmağa yaxın olduğu iddia edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Putin Trampın onun üçün düzəltdiyi qızıl körpünü yandırmağa təhlükəli dərəcədə yaxındır” -nəşr mənbədən yazıb.

Məqalədə qeyd edildiyi kimi, Ukrayna böhranının həlli və Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı Trampın səbri “daşır”. Eyni zamanda, “Politico” mənbələrə istinadən yazır ki, Tramp hələ Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı yekun qərar qəbul etməyib.

ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloq Medvedevin III Dünya Müharibəsi ilə bağlı dediklərini pisləyib, bunları ehtiyatsızlıq və dünya dövlətinin nümayəndəsi üçün yersiz adlandırıb. Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Putini tənqid edib və Ukraynada münaqişənin gərginləşməsinə görə yeni sanksiyalar vəd edib.

Xəbər xətti