Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xalq artistinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda qeyd olunub.