Tbilisidə müxalifətçi lider saxlanılıb

21:55 - 29 May 2025 - DÜNYA

Tbilisidə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müxalifətin “Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Nika Meliyanı saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu onun partiya üzvü, Gürcüstanın “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Qvaramiya “Facebook”da yazıb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclaslarına gəlməkdən imtina etdiyinə görə Meliyanın qabaqlayıcı tədbiri kimi girov ödənilməsi müddəti başa çatmaq üzrə idi.

Siyasətçi zaminə buraxılmaq niyyətində olmadığını bildirib. Lakin Daxili İşlər Nazirliyi Melianın hansı səbəbdən saxlanılması ilə bağlı hələlik rəsmi məlumat verməyib.

Tbilisi Şəhər Məhkəməsi apreldə komissiyaya gəlmədiyi üçün Melia barəsində həbs-qətimkan tədbiri kimi 50 min lari (18,1 min dollardan çox) məbləğində girov seçib.

Xəbər xətti