Dəmir yolundan oğurluq edən iki nəfər saxlanılıb

10:38 - 30 May 2025 - HADİSƏ

Dəmir yolundan oğurluq edənlər saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Xəbər xətti