Füzuli Hüseynov şura üzvlüyündən ÇIXARILDI

19:55 - 30 May 2025 - Mədəniyyət

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının (Azdrama) Bədii Şurasının üzvlüyündən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Füzuli Hüseynova töhmət verilib.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - açıqlamada bildirilir.

Qeyd edək ki, Əli Nur Fizuli Hüseynovun ona hücum etdiyini bildirib və məsələ ilə əlaqədar polisə şikayət edib. 

Xəbər xətti