“Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahat doğurur”.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı"n müzakirəsi zamanı bildirib.
“Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Hesab edirəm bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb.
Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə də şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”, - deputat vurğulayıb.