İndoneziyada karxanasının çökməsi nəticəsində azı 13 nəfər ölüb

16:32 - 30 May 2025 - DÜNYA

İndoneziyanın Yava adasındakı əhəngdaşı karxanasında baş verən sürüşmə nəticəsində azı 13 nəfər ölüb, 10-a yaxın adam yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli təbii fəlakətlərin idarə olunması təşkilatının rəhbəri Denis Nurahyaya istinadən AFP (Agence France-Presse) agentliyi məlumat yayıb.

İndiyədək 13 cəsəd tapılıb. Onun sözlərinə görə, növbəti əməliyyat-axtarış tədbirləri iyunun 1-dək təxirə salınıb. Bu qərar növbəti çökmə riski ilə əlaqədar verilib.

AFP-nin məlumatına görə, oxşar hadisə daha əvvəl bu karxanada 2025-ci ilin fevralında baş verib.

Xəbər xətti