Mayın 29-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey (məktəb-lisey) direktorları ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə idarə müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov və struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüşdə liseylərə şagird qəbulunun mərkəzləşdirilmiş müsabiqə yolu ilə aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və peşəkar müəllim heyətinin cəlbi kimi məsələlərin əsas prioritetlər olduğu bildirilib.
Daha sonra cari tədris ili üzrə keçirilmiş monitorinq imtahanlarının nəticələri təhlil edilib, təkliflər dinlənilib və suallar cavablandırılıb.
Qeyd edək ki, Şəki-Zaqatala RTİ-nin tabeliyində 8 lisey (məktəb-lisey) fəaliyyət göstərir.