Zabratda su kəsiləcək

18:07 - 29 May 2025 - Xəbər

Sabah səhər saatlarından axşam saatlarınadək Bakının Zabrat qəsəbəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, buna səbəb qəsəbəni içməli su ilə təchiz edən magistral xətdə təmir işlərinin aparılmasıdır.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Xəbər xətti