İsrail İordan çayının qərb sahilində 22 yaşayış məntəqəsinə icazə verib

10:42 - 29 May 2025 - DÜNYA

İsrail hökuməti müdafiə naziri İsrael Katz və maliyyə naziri Bezalel Smotriçin birgə təşəbbüsü çərçivəsində İordan çayının qərb sahilində 22 yeni yəhudi qəsəbəsinin tikintisinə icazə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, təsdiq edilmiş proqrama əvvəllər boşaldılmış ərazilərdə yaşayış məntəqələrinin bərpası və İordaniya ilə sərhəddə dörd yeni qəsəbənin yaradılması daxildir.
Qəzet qeyd edir ki, Nazirlər Kabinetinin qərarı yaşayış məntəqələrinin infrastrukturunu genişləndirmək və İsrailin ərazidəki strateji mövqeyini gücləndirmək məqsədi daşıyır.
Qəzetin yazdığına görə, proqrama İordan çayının qərb sahilinin şimal hissəsində məskunlaşma fəaliyyətini bərpa etmək planları da daxildir.

İsrailin məskunlaşma fəaliyyətini izləyən "Shalom Achshav" (İndi Sülh) hüquq müdafiə təşkilatının məlumatına görə, təkcə 2025-ci ilin birinci rübündə İsrail hakimiyyəti Qərb Sahilində yaşayış məntəqələrində 10 mindən çox yaşayış binasının tikintisini təsdiqləyib ki, bu da bütün 2024-cü ildən çoxdur.

Xəbər xətti