"HƏMAS" lideri Məhəmməd Sinvar Qəzzada öldürüldü
Ucnoqta.az xəbər verir ki, bu barədə israil Baş naziri Binyamin Netanyahu deyib.
2024-cü ilin oktyabrında qardaşı Yəhya öldürüldükdən sonra Məhəmməd hərəkatı öz üzərinə götürmüşdü.
Sinvarın ölümü barədə ilk dəfə mayın 18-də mənbələrə istinadən Əl Ərəbiyyə telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Sinvar mayın 13-də Xan Yunisə endirilən zərbə nəticəsində öldürülüb.Onunla birlikdə onun 10 köməkçisi də öldürülüb. “The Jerusalem Post” yazır ki, İsrail kəşfiyyatı son vaxtlara qədər bu məlumatın etibarlı təsdiqinə malik deyildi.