Rusiyada 5,0 bal gücündə zəlzələ baş verib

00:00 - 29 May 2025 - DÜNYA

RF Kamçatka vilayətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Təşkilatın saytında yer alan məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 122 km aralıda, 37 km dərinlikdə baş verib.

Xəbər xətti