Tanışını döyərək öldürən şəxsə ağır cəza verildi

14:23 - 28 May 2025 - HADİSƏ

Biləsuvarda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Semur Məmmədquliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilmiş prosesdə hökm elan edilib.

Hökmə əsasən, iş üzrə təqsirləndirilən Semur Məmmədquliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək .

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Biləsuvar rayonunda baş verib. Semur Məmmədquliyev aralarında baş verən mübahisə nəticəsində Şahin Şahverdiyevi döyərək qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti