170 milyon rubl məbləğində vergidən yayınmaqda ittiham olunan bloqer və biznes-məşqçi Hüseyn Həsənov Rusiya Federasiyasına qayıda bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Dmitri Kozyaykin məlumat verib.
“Onun nədə ittiham olunduğunu nəhayət anlayan kimi və müvafiq olaraq yekun müdafiə xəttini quran kimi düşünürəm ki, o, ölkəyə qayıtmaq məsələsini mütləq nəzərdən keçirəcək. O, burada anadan olub, Rusiya Federasiyasının vətəndaşıdır, başqa ölkələrdə vətəndaşlığı və yaşayış icazəsi yoxdur”.