"Barselona" Yamal ilə müqaviləni uzadıb

22:26 - 27 May 2025 - İDMAN

İspaniyanın "Barselona" futbol klubu hücumçu Lamine Yamalla müqaviləni uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayına qədərdir.

Yamalın 17 yaşı var və "Barselona" yetirməsidir. 2024/25 mövsümündə komanda ilə birlikdə çempion, İspaniya kubokunun və Superkubokunun qalibi olub. Hücumçu İspaniya millisi ilə birlikdə 2024-cü ildə Avropa çempionatının qalibi olub.

Xəbər xətti