"Tramp baş verənlərlə bağlı fikirlərini çox aydın və şəffaf edir" - Dövlət Departamenti

00:17 - 28 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamaları məyusluq kimi qəbul edilməməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
"Mən bunu məyusluq adlandırmazdım. Bu, bir çox müxtəlif bölgələrdə sülh səylərinə rəhbərlik edən bir adamın bəyanatıdır. Tramp baş verənlərlə bağlı fikirlərini çox aydın və şəffaf edir", - o, jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə deyib

"Prezidentin ixtiyarında çoxlu müxtəlif vasitələr var ki, bizim mövqeyimiz nəzərə alınsın" - deyə əlavə edib ki, bu vasitələr vəziyyətə "təsir göstərmək" üçün istifadə edilə bilər.

Xəbər xətti