Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.