Azərbaycanda 28 May qeyri-iş günüdür
Ucnoqta.az xəbər verir ki, 28 Mау – Müstəqillik Günü münasibətilə Azərbaycanda iş olmayacaq.
Xatrıladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini elan etmişdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan olunub.