Fidan Moskvadakı danışıqlardan sonra Kiyevə səfər edəcək

12:12 - 27 May 2025 - SİYASƏT

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada danışıqlardan sonra həftənin sonunda Kiyevə səfər etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Moskvada Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir.

Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. Mayın 26-da Fidanı Kremldə Rusiya prezidenti Vladimir Putin qəbul edib. 

Xəbər xətti