ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb.
Nəşrin mənbələrindən birinə görə, məhdudiyyətlərə çox güman ki, yeni bank sanksiyaları daxil olmayacaq; digər variantlar müzakirə olunur.
Bundan əlavə, nəşrin mənbələrindən biri ABŞ prezidentinin sülh danışıqlarından bezdiyini və onlardan imtina etməyi düşündüyünü bildirib.