AFFA üç klubu cərimələdi

16:53 - 27 May 2025 - İDMAN

AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

Ucnoqta.az  xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

"Sabah" "Neftçi"yə qarşı keçirdikləri Misli Premyer Liqasının XXXVI turunun matçında futbolçusu Sofian Çaklanın ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almasına görə 1500 manat ziyana düşüb. Çakla iki oyunluq cəzalanıb. 

"Neftçi" isə Edvin Kuçun birbaşa qırmızı vərəqə görməsi ucbatında 1000 manat ziyana düşüb. Futbolçu bir matçlıq cəza alıb. 

"Turan Tovuz"a isə 800 manat cərimə kəsilib. Buna "Kəpəz"lə görüşün fasiləsində meydana kənar şəxslərin daxil olması səbəb olub.

Xəbər xətti