““Qarabağ” imkanlardan yaxşı istifadə etdi” - “Kopenhagen”in baş məşqçisi

11:01 - 24 Avqust 2017 - Xəbər

“Cavab matçında yaxşı oynadıq, 6-7 qol imkanı əldə etdik. Rəqibin isə 2 belə imkanı oldu və bundan yaxşı istifadə edərək birini qola çevirdi”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken “Qarabağ”la Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin "Qarabağ"a 2:1 hesabı ilə qlaib gəldikləri cavab oyunundan sonra deyib.
Norveçli mütəxəssisin fikrincə, qrupa düşə bilmədikləri ev matçında bəxtləri gətirməyib: “Oyunda üstünlüyə yiyələndiyimiz vaxtda əsas qol ümidlərimizdən olan hücumçu Federiko Santander zədələndi. Onu müəyyən müddətə itirə bilərik. Ümumilikdə komandamın oyunundan razı qaldım. Hər iki matçda da belə çıxış etsəydik, qrupa vəsiqə qazanardıq. Bugünkü matç barədə yaxşı oyun alındığını deyə bilərəm”.
Xatırladaq ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən (evdə 1:0, səfərdə 1:2) tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti