İran Qətərdəki ABŞ bazasına zərbə endirdiyini bildirib

14:32 - 17 İyul 2026 - DÜNYA

İran silahlı qüvvələri Qətərdəki ABŞ-ın Əl-Udeyd hava bazasına zərbə endirərək radar sistemini və bir neçə yanacaq doldurma təyyarəsini məhv etdiyini iddia edib.

Ucnoqta.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SİKK) mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, hücum nəticəsində bir radar və bir neçə ABŞ strateji yanacaq doldurma təyyarəsi tamamilə məhv edilib, bir neçə digər təyyarəyə isə ciddi ziyan dəyib.

Xəbər xətti