İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Bəraşit, Beyt Yəhun və Nəbatiyyə əl-Fəvqa şəhərlərinə hava zərbələri endirib.
Ucnoqta.az bildirir ki, bu barədə Naharnet xəbər portalı məlumat verib.
Xəbər portalının məlumatına görə, bu şəhərlərdə yerləşən "Hizbullah"ın hərbi obyektlərinə hücum edilib. V
Yerli hakimiyyət orqanları hələlik heç bir itki və ya ziyan barədə məlumat verməyib.