Starmer Kiyevə gəldi

09:47 - 16 İyul 2026 - DÜNYA

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Kiyevə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Nazirin ofisi açıqlayıb.

Səfər zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqların aparılması gözlənilir. Baş Nazir Ofisinin açıqlamasında bildirilir ki, Starmerin baş nazirliyi dövründə Böyük Britaniya münaqişənin bitməsindən sonra Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəyən 34 ölkədən ibarət "könüllülər koalisiyası" yaradıb və Ukrayna ilə 100 illik tərəfdaşlıq müqaviləsi bağlayıb.

Xəbər xətti