Avropada 40 dərəcə istilik dalğasının əsas səbəbi

11:49 - 15 İyul 2026 - DÜNYA

Anomal istilik dalğaları iyun ayının ortalarında Avropanı bürüdü. Bəzi ölkələrdə temperatur 40 dərəcə Selsidən keçərək yeni tarixi zirvələrə çatdı. Fransa, Böyük Britaniya, Niderland və İtaliyada ən yüksək, qırmızı hava həyəcanı səviyyəsi elan edilib. Artıq İtaliya yarımadasına üçüncü isti dalğası yaxınlaşır.

Ucnoqta.az xəbər verir ki, Kamerino Universitetinin professoru Massimiliano Fazzini Avropada rekord temperaturların adi okean antisiklonunun subtropik səhra antisiklonları tərəfindən yerdəyişməsi nəticəsində yarandığını bildirib.

"Səhra və ya İran yaylası ilə əlaqəli antisiklonlar Avropa üzərində əmələ gəldikdə, onlar çox güclü olur və altı-səkkiz kilometrə qədər yüksəkliklərə qədər uzanır. Dağ silsilələrindən keçərkən bu isti hava kütləsi aşağı enir və sıxılma nəticəsində daha da qızır. Bu, səth temperaturunun olduqca yüksək olmasına səbəb olur", - deyə Fazzini deyir.

Əvvəllər Qərbi Avropa üzərindəki hava okean antisiklonu tərəfindən müəyyən edilirdisə, indi səhralardan gələn subtropik antisiklonlar getdikcə daha çox təsir göstərir. Bundan əlavə, Yaxın Şərqin səhra bölgələri Şimali Səhradan daha çox istiləşir.///rianovosti

Xəbər xətti