İclas keçirildi - Bir vəkil kollegiyadan çıxarıldı

14:58 - 15 İyul 2026 - Xəbər

İyulun 15-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Xəbər xətti