Son hava hücumlarından sonra Səna beynəlxalq hava limanında uçuş-enmə zolağında təmir işlərinə başlanılıb.
Ucnoqta.az bildirir ki, Əl-Cəzirə bu barədə peyk görüntülərinə istinadən məlumat verib.
Kanalın məlumatına görə, 9 iyun - 14 iyul tarixləri arasında Airbus və Planet şirkətlərinin çəkdiyi görüntülərdə mühəndislik avadanlıqlarının zədələnmiş hissələri təmir etdiyi görünür.
Görüntülərdə həmçinin ən azı üç yerdə əsas uçuş-enmə zolağına edilən zərbələrin nəticələri və paralel ehtiyat uçuş-enmə zolağına edilən zərbələr göstərilir. Zərbələr dəqiq olaraq uçuş-enmə zolağının girişlərinə yönəldilib.